Kintanadan 2 yubiley

17:31 11-12-2017
Kintanadan 2 yubiley

IV turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib.
Sportmedia.az xəbər verir ki, matçdakı 2-ci qolun müəllifi üçün bu top tarixi olub. “Səbail”in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludur. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topdur. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.
Qeyd edək ki, “Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.


.
.
.
0.44181704521179