“Sumqayıt” öz meydanında yaxşı oyun göstərir - Qurban Qurbanov

21:30 11-12-2017
“Sumqayıt” öz meydanında yaxşı oyun göstərir - Qurban Qurbanov

“Ağır oyun oldu. “Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı”.
Sportmedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt”ı qəbul edən Ağdam klubu 2:1 hesablı qələbə qazanıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov bunları deyib: “Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir. “Sumqayıt” da bunu bizə hiss etdirməyi bacardı. Cavab matçı var. Həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq”.
- Buraxılan qol sizə problem yarada bilərmi?
- Belə matçlarda səfərdə vurulan qol üstünlükdü. Bundan əlavə, “Sumqayıt” öz meydanında yaxşı oyun göstərir. Səfərdəki matçda əlimizə düşən imkandan istifadə etməyə çalışmalıyıq.
- Aşağı yaş qruplarına məşqçi təyinatları haqda xəbərlər yayılıb. U-21-in baş məşqçisi postuna Rəşad Sadıqovun gətiriləcəyi bildirilir. Bu barədə nə deyə bilərsiz?
- Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur. İşlər gedir, dəyişikliklər gözlənilir. Sabah yox, birisigün rəsmi açıqlama ola bilər. İnşallah, dəyişikliklər baş verəcək.
- Rəşad Sadıqov U-21-ə baş məşqçi təyin olunsa, futbolçu karyerasını bitirəcək?
- Rəşad 1 il də oynamaq düşüncəsində idi, ən azı maya kimi oynamaq istəyirdi. Rəşad bizə meydanda lazımdı. İstərdik ki, meydanda da olsun. Ancaq bu məsələni zamana buraxacağıq. Tam işin içində olduqdan sonra bu haqda qərar veriləcək.(apasport.az)


.
.
.