“Neftçi”nin "Zirə" ilə cavab matçının biletləri satışda

16:42 13-12-2017
“Neftçi”nin "Zirə" ilə cavab matçının biletləri satışda

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun biletləri satışa çıxarılıb.
Sportmedia.az xəbər verir ki, biletlərin qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki “Neftçi”nin rəsmi fanşopundan əldə etmək mümkündür.
Qeyd edək ki, dekabrın 14-də "Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.


.
.
.
0.33065795898438