U-19 millimizin baş məşqçisi: “Bu yaş qrupunda olan futbolçuları tanıyıram”

20:45 13-12-2017
U-19 millimizin baş məşqçisi: “Bu yaş qrupunda olan futbolçuları tanıyıram”

Azərbaycan U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd affa.az-a açıqlama verib.
Sportmedia.az həmin açıqlamanı təqdim edir:
“Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığma komandalarımıza təyin edilmiş bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.


.
.
.
0.50586891174316