“Neftçi”nn var gücü ilə hücum edəcəyini bilirdik - Ayxan Abbasov

22:34 14-12-2017
“Neftçi”nn var gücü ilə hücum edəcəyini bilirdik - Ayxan Abbasov

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Neftçi”yə məğlub olan (0:2) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportmedia.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Belə oyundan sonra danışmaq çətindi. Bizim üçün 2 cəbhədə vuruşmaq ağırdı. İki oyunçumuz - Sadiq Quliyev və Aleksandr Şemonayev yox idi. Ümumi götürsək, qışa qədərki çıxışımız normaldı. Kubokda yarımfinala çıxmasaq da, uşaqları təbrik etdim. Bizi qarşıda 2 dövrə gözləyir, ona hazırlaşmalıyıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. İstirahətə ehtiyacımız var. Bundan sonra çatışmazlıqların üzərində işləyəcəyik.
- Elə futbolçularınız var ki, bu cür təzyiqdə oynaya bilmirlər...
- Doğrudan da, təzyiq var idi. “Neftçi”nn var gücü ilə hücum edəcəyini bilirdik. Birinci hissədə etdiyimiz səhvləri buraxmamalıyıq. Heyətdə bəzi futbolçuların alternativi yoxdu. Zədəlilər sağalandan sonra komandada daha güclü rəqabət olacaq. Bu oyun da bizim üçün təcrübə idi.
- David Manqanın “Zirə”dən ayrılacağı haqda xəbərlər yayılsa da, bu gün ona şans verdiniz, lakin fasilədə əvəzlədiniz. Bu nə ilə bağlı idi?
- Manqa legionerlərimizin sırasında ən saf insandı. Onunla yollarımızı ayırırıq. Manqa bizə kömək etməyi çox istəyirdi. Çempionatın əvvəlindən o, özünü yaxşı hiss etmirdi, nəsə onda alınmırdı. İnanmırdım ki, bu gün nədənsə çəkinsin. Taktiki gedişimiz var idi, buna görə Manqanı meydana buraxdım. 0:2 hesabı ilə geridə olanda isə Vüsal İsgəndərlini meydana buraxdım. Ümumən, Manqadan narazı olmasam da, onda Azərbaycanda alınmadı.
- Hakimliklə bağlı nə deyə bilərsiz?
- Hakim səhv etsə belə, futbolçular səbrli olmalıdılar. Yan xətt hakimləri göz görə-görə autu səhv verirdilər. İlin sonunda belə gərgin olmaq bizim üçün də xoş deyil. Amma gərginlik də normaldı.
- Heyəti gücləndirməsəniz, növbəti dövrələrdə sizə çətin olmayacaq?
- Çalışacağıq ki, komandaya 1 legioner dəvət edək. Amma qışda xarici futbolçu tapmaq çətindi. Bilirik ki, digər komandalar güclənəcəklər. Amma zədəlilərimiz sağalandan sonra bizdə də problem olmayacaq.
- İkinci hissədəki oyunu qol buraxana qədər oynasaydınız, nəticə sizin xeyrinizə ola bilərdi?
- Azərbaycanda dəb alıb ki, biri deyir hücum futbolu oynayıram, digəri başqa söz deyir. Bizdə inam çatmadı, uşaqlarda həyəcan var idi. Qalan şeylər normal idi. “Neftçi” bizim qapımızın ağzına gələ bilmirdi, rəqibi əks-hücumlarda tuta bilərdik. İki imkanımız oldu, dəyərləndirməyi bacarmadıq. Amma rəqib çox qüvvə ilə üstünə gələndə geriyə çəkilməyə məcbur olursan. Mənim futbola baxışım belədi. Düz yoldayıq, gələcəkdə bu işləri daha kəsərli etməliyik.
- Hansı mövqeyə legioner gətirmək fikrindəsiz?
- İrəli xəttə xarici futbolçu transfer etməyi düşünürük.(komanda.az)


.
.
.
0.58435583114624