Azərbaycan Kuboku, yarımfinalçılar müəyyənləşdi  

21:46 15-12-2017
Azərbaycan Kuboku, yarımfinalçılar müəyyənləşdi  

Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinə yekun vuruldu.
Sportmedia.az xəbər verir ki, ev və səfər prinsipi əsasında keçirilən mərhələnin oyunlarından sonra yarımfinalçılar müəyyənləşdi.
Həlledici sayılan mərhələdə “Qəbələ”nin “Neftçi” ilə qarşılaşacağı bir neçə saat öncə məlum oldu. Az öncə başa çatan və ikinci yarımfinalçını bəlli edən “Sumqayıt” – “Qarabağ” oyunu isə kifayət qədər dramatik keçdi. İlk oyunda son çempion və ölkə kubokunun qalibi “Qarabağ”a məğlub olan “Sumqayıt” cavab matçında hər şeyi öz xeyrinə dəyişə bildi. Belə ki, “Sumqayıt” son illərin çempionu “Qarabağ”ı 2-0 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırdı. “Sumqayıt”ın yarımfinaldakı rəqibi "Keşlə"dir.
Qeyd edək ki, bu mərhələnin oyunları gələn ilin 11/18 aprel tarixlərində reallaşacaq.


.
.
.
0.37848687171936