Premyer Liqa klubu “Beşiktaş”ın futbolçusuna göz dikdi 

13:16 19-12-2017
Premyer Liqa klubu “Beşiktaş”ın futbolçusuna göz dikdi 

Bu mövsüm "Beşiktaş"ın heyətində bir çox uğurlara imza atan Cenk Tosunun elçiləri artmaqdadır.
Sportmedia.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas" Türkiyə yığmasının üzvünü heyətinə qatmaq niyyətindədir. "Sabah"ın məlumatına görə, London komandası "qara qartallar"a rəsmi təklif göndərib. Uzun müddətdir ki, futbolçunu izləyən klub "Beşiktaş"a bu keçid üçün 20 milyon avroluq təklif yollayıb.
Çempionlar Liqası və Türkiyə Super Liqasında qarşısına hədəflər qoyan İstanbul klubunun bu təklifə nə cavab verəcəyi hələ bilinmir.


.
.
.
0.40448594093323