İntizam Komitəsinin iclası keçirildi

13:48 20-12-2017
İntizam Komitəsinin iclası keçirildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportmedia.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 90+4-cü dəqiqəsində “Zirə” klubunun 23 №-li futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).


.
.
.
0.34497284889221