Uqo Barqas “Neftçi”dən ayrılır

21:48 21-12-2017
Uqo Barqas “Neftçi”dən ayrılır

“Neftçi” klubunun hücumçusu Uqo Barqas komandadan ayrıla bilər.
Sportmedia.az xəbər verir ki, bu barədə iddia ilə Boliviyanın “El Mundo” nəşri çıxış edib.
Bildirilib ki, 31 yaşlı argentinalı futbolçu ilə Boliviyanın “Bluminq” klubu maraqlanır. Mətbuat orqanına da bu barədə klubun meneceri Tito Paz açıqlama verib. O, Barqasın 2018-ci il yanvar ayında “Bluminq”ə qoşulacağını deyib. Menecer vurğulayıb ki, artıq müqavilə ilə bağlı ona rəsmi təklif göndərilib və danışıqlar uğurlu keçib.
Barqas daha əvvəl də “Bluminq”in şərəfini qoruyub və “Neftçi”yə də məhz 2016-cı ildə bu komandadan keçib.
Bu ilin fevralında paytaxt klubu ilə bir illik müqavilə imzalamış oyunçu bir müddət öncə “ağ-qaralar”la gələn ilin əvvəlində bitəcək olan müqavilə müddətini mövsümün sonunadək uzatmışdı.
Qeyd edək ki, 31 yaşlı hücumçu cari mövsümdə şans qazandığı 16 matçda 5 qola imza atıb.


.
.
.
0.94119787216187