Xorvatiya yığmasının üzvü “Beşiktaş”da

13:52 23-12-2017
Xorvatiya yığmasının üzvü “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu Xorvatiya yığmasının futbolçusu Domaqoy Vidanı heyətinə qatıb.
Sportmedia.az xəbər verir ki, 28 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.
Vidanın Kiyev "Dinamo"su ilə sözləşməsinin müddəti başa çatdığı üçün transfer pulu ödənilməyəcək. Xorvatiyalı futbolçu 2018-ci il yanvarın 3-də "Beşiktaş"ın Antalya toplanışına qoşulacaq.
Qeyd edək ki, Vida daha əvvəl vətənində “Osiek”lə Zaqreb “Dinamo”sunun və Almaniyanın “Bayer” komandalarının formasını geyinib. O, 2010-cu ildən çıxış etdiyi Xorvatiya millisində 42 matç keçirib və 1 qol vurub.


.
.
.
0.43901205062866