Pep Qvardiola sabiq klubunun futbolçusu ilə maraqlanır

15:40 23-12-2017
Pep Qvardiola sabiq klubunun futbolçusu ilə maraqlanır

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sabiq klubu “Barselona”nın futbolçusunun transfer olunmasını istəyir.
Sportmedia.az xəbər verir ki, Qvardiola “kataloniyalılar”ın yarımmüdafiəçisi Serxio Busketsi sərəncamında görmək istəyir. 29 yaşlı futbolçunun müqaviləsində kompensasiyanın məbləği 200 milyon avro qeyd edilib.
Ancaq Pep ümid edir ki, “Barselona” onu 56 milyon avroya buraxmağa razı olacaq. Qvardiola rəhbərliyi altında oynamış futbolçunun imkanlarına yaxşı bələddi.
Busketsin “Barsa” ilə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm 15 oyun keçirib, 1 qol vurub, 2 qol ötürməsi edib.


.
.
.
0.37503886222839