"Lill"in yeni baş məşqçisi müəyyənləşdi

18:36 23-12-2017
"Lill"in yeni baş məşqçisi müəyyənləşdi

Fransa 1-ci Liqasında mübarizə aparan “Lill” komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportmedia.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Kollektivə Kristof Qaltye rəhbərlik edəcək.
Fransalı məşqçi ilə müqavilənin detalları barədə açıqlamaverilmir. Argentinalı Marselo Byelsanı əvəzləyən 51 yaşlı mütəxəssis dekabrın 29-da komandanı ilk məşqinə çıxaracaq.
“Lill” hazırda ölkə çempionatında 19 xalla 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, K.Qaltyenin son iş yeri Fransanın “Sent-Etyen” komandası olub. Onun rəhbərlik etdiyi kollektiv 2016/17 mövsümündə Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer alıb. Azərbaycan təmsilçisi hər iki görüşdə rəqibinə uduzub (1:2, 0:1).


.
.
.
0.43990206718445