Terim döndü, "Qalatasaray" qələbə qazandı

11:28 25-12-2017
Terim döndü, "Qalatasaray" qələbə qazandı

Türkiyənin "Qalatasaray" klubu ölkə çempionatının 17-ci turunda "Göztəpə"ni qəbul edib
Sportmedia.az xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Maçda hesabı 9-cu dəqiqədə qonaqlar açıb.
Ardınca "Qalatasaray" 19, 53 və 70-ci dəqiqələrdə ardarda fərqlənərək oyunu qələbə ilə sonlandırıb.
"Qalatasaray" bu gün yeni baş məşqçi Fatih Terimin rəhbərliyi altında ilk matçını keçirib.
Türkiyə Superliqası. 17-ci tur
"Qalatasaray" – "Göztəpə" - 3:1
QOLLAR: Yahoviç – 9 (pen), Rodriqes – 19, Oztəkin – 53, Maykon – 70.


.
.
.
0.35630989074707