Fatih Terimlə TFF arasında məhkəmə çəkişməsi başladı

15:17 26-12-2017
Fatih Terimlə TFF arasında məhkəmə çəkişməsi başladı

Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyasına (TFF) qarşı qaldırdığı iddia ilə bağlı ilk məhkəmə prosesi keçirilib.
Sportmedia.az xəbər verir ki, hazırlıq iclası İstanbulun 17-ci İş Məhkəməsində olub.
Terim Türkiyə millisində çalışdığı dövrdən ona 13 milyon lirə (3,5 milyon avro) borcun qaldığını bildirir. Məhkəmə dəlillərini ortaya qoymaq üçün tərəflərə 2018-ci il martın 7-dək vaxt verib.
Qeyd edək ki, TFF ilə Fatih Terim arasındakı müqavilə iyul ayının 26-da pozulub.


.
.
.
0.3389458656311