"Milan" ciddi itki ilə üzləşə bilər

10:23 27-12-2017
"Milan" ciddi itki ilə üzləşə bilər

Bu gün İtaliya kubokunun 1/4 final mərhələsində Milan derbisi keçiriləcək.
Sportmedia.az xəbər verir ki, “Milan” və “İnter” Cüzeppe Meatsa stadionunda stadionunda qarşı-qarşıya gələcəklər.
Derbi öncəsi “rossonyerlər” ciddi itki ilə üzləşə bilər. Bu haqda “Football İtalia” məlumatı yayıb. Belə ki, “Milan”ın əsas qapıçısı Canluici Donnarumma bu gün baş tutacaq Milan derbisini buraxa bilər. Məşq zamanı zədə alan 18 yaşlı qolkiperin bugünkü derbini buraxmaq ehtimalı çoxdu.
Biuldirilir ki, “Milan”ın həkimlərinin oyun saatına kimi Donnarummanı derbiyə hazır vəziyyətə gətirməyə çalışırlar, lakin bu ehtimalın çox az olduğu qeyd edilir.
Xatırladaq ki, “İnter” - “Milan” görüşü bu gün saat 23:45-də başlayacaq.


.
.
.
0.35435104370117