Simeone onu istəmir

17:42 27-12-2017
Simeone onu istəmir

İspaniya La Liqasında mübarizə aparan “Atletiko” (Madrid) qışda Yannik-Ferreyra Karrasko ilə yollarını ayıracaq.
Sportmedia.az xəbər verir ki, bu haqda məlumatı “Football Espana” yayıb.
Bildirilir ki, Dieqo Simeone belçikalı futbolçunun xidmətində deyil. Argentinalı mütəxəssis 24 yaşlı futbolçunun qış fasiləsində göndərilməsinin əleyhinə deyil.
“Hindular”ın Karraskonu mövsümün ilk yarısını “Las-Palmas”da icarədə keçirmiş Vitolo ilə əvəz etməyi planlaşdırdğı qeyd edilib.
Belçika millisinin də üzvü olan yarımmüdafiəçinin xidmətində “Bavariya” və bir neçə İngiltərə klublarının maraqlı olduğu deyilir.
Karraskonun “Atletiko” ilə müqavilə müddəti 2022-ci ildə başa çatacaq.


.
.
.