"Xəzər" Antalyada hazırlaşacaq

20:30 27-12-2017
"Xəzər" Antalyada hazırlaşacaq

I Divizionda mübarizə aparan “Xəzər” klubunun qış fasiləsindəki hazırlıq planı məlum olub.
Sportmedia.az xəbər verir ki, paytaxt təmsilçisi 2017/2018-ci illər mövsümünün ikinci yarısına hazırlığa yanvarın 4-də start verəcək. Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər. Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Hazırlıq çərçivəsində 5 yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər barədə əlavə məlumat veriləcək.


.
.
.
0.76112699508667