“Zirə”nin futbolçusu Polşa klubuna keçməyə hazırlaşır

12:48 28-12-2017
“Zirə”nin futbolçusu Polşa klubuna keçməyə hazırlaşır

Yaxın vaxtlarda "Zirə" futbol klubu ilə yollarını ayıracaq olan futbolçu Qabriel Matey karyerasını Polşada davam etdirə bilər.
Sportmediaaz saytı xəbər verir ki, bu barədə məlumatı Polşa mətbuatı yayıb.
Bildirilir ki, rumıniyalı oyunçu yüksək liqa komandası “Bruk-Bet Termalitsa”nın maraq dairəsinə düşüb. Mövsümə uğursuz başlanğıc edən komanda qış fasiləsində heyətini gücləndirmək istəyir. Xəbərdə hətta sabiq “Styaua”lının transfer qiymətinin 450 min avro olduğu da bildirilib. Bu keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, mövsümün əvvəlində “Qurnik”dən alınan Qabriel Matey “Zirə” ilə 1+1 illik müqavilə bağlamışdı.


.
.
.
0.91730499267578