"Neftçi" "ASAN Məktub" layihəsinə qoşuldu

17:23 28-12-2017
"Neftçi" "ASAN Məktub" layihəsinə qoşuldu

"ASAN Məktub” layihəsinə dəstək verən "Neftçi” PFK-nın təşkilatçılığı ilə "Bakcell Arena”da tədbir keçirilib.
Sportmedia.az xəbər verir ki, yeni il ərəfəsində baş tutan tədbirdə sosialyönlü fəaliyyətə xüsusi əhəmiyyət verən "Neftçi” PFK "ASAN Məktub” layihəsi çərçivəsində 12 nəfər uşağın arzusunu gerçəkləşdirib.
Əvvəlcə "Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olan uşaqlar komandanın üzvləri ilə yaşıl meydana çıxıblar. Sonra tədbirin rəsmi hissəsi keçirilib. Burada "Neftçi” PFK-nın vitse-prezidenti Elnur Eyvazov, "ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandanın baş məşqçisi Tərlan Əhmədov çıxış edərk ürək sözlərini bildiriblər. Ardınca Elnur Eyvazov, Rəbiyyə Cəfərova, Tərlan Əhmədov, eləcə də "Məktəbli dostu” layihəsinin kuratoru Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandanın baş məşqçisi İslam Kərimov, "Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli uşaqlara hədiyyələri təqdim ediblər. Tədbirin sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.


.
.
.
0.46500611305237