Yığmamız mövqeyini qorudu

10:19 30-12-2017
Yığmamız mövqeyini qorudu

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.
Sportmedia.az xəbər verir ki, ilin son cədvəlində dünyanın 162 millisi yer alıb.
Onlardan 46-sı zəruri oyun sayını keçirmədiyi üçün şərti sıralamada yer alıb. 116 yığma isə əmsalına görə mövqelərində qərarlaşıb.
Cədvəldə müəyyən dəyişikliklər olub. Bu, son siyahı ilə müqayisədə Azərbaycan millisinə təsir etməyib. Joze Alesionun yetirmələri yenə 10-cu pillədə yer alıblar.
Siyahıya isə Braziliya başçılıq edir. Onları İspaniya izlədiyi halda, Rusiya ilk “üçlüy”ü qapayır.
İlk “onluq”
1. Braziliya - 1931
2. İspaniya – 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1607
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan – 1452


.
.
.
0.43127799034119