"Zirə" 4 futbolçu ilə müqavilə bağladı - Fotolar

17:44 30-12-2017
"Zirə" 4 futbolçu ilə müqavilə bağladı - Fotolar

Qış fasiləsinə turnir cədvəlinin 3-cü pilləsində yollanan “Zirə” dövrələrarası fasilədə heyətini gücləndirməkdə davam edir.
Sportmedia.az xəbər verir ki, Qabriel Mateylə yollarını ayıran komanda 4 futbolçu ilə heyətini gücləndirib.
Belə ki, “Zirə” “Qəbələ”dən Tellur Mütəllimov, “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayevlə razılaşıb.
Mütəllimov və Aslanlı ilə 2 il yarım, Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1 il yarımlıq müqavilə bağlanılıb. Abdullayev isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyinəcək.


.
.
.
0.48706912994385