Ronaldo "Real"dan ayrılmaq istəyir

19:40 30-12-2017
Ronaldo "Real"dan ayrılmaq istəyir

İspaniya La Liqasında mübarizə aparan "Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo yayda klubunu tərk etməyə qəti qərar verib.
Sportmedia.az xəbər verir ki, 32 yaşlı forvard klubdan yayda onu 100 milyondan baha olmamaq şərtilə satmağı xahiş edib. Halbuki 2021-ci ilə qədər olan müqaviləsinə əsasən satış opsiyası 1 milyard dollardı.
Ronaldonun klub prezidenti Florentino Pereslə münasibətləri o həddə çatıb ki, forvard onunla hətta danışmaq belə istəmir. Buna isə səbəb Messi və Neymarın portuqaliyalıdan daha çox qazanması və "Real"ın məvacibini artırmaq istəməmisidir.
Hücumçunun agenti Ronaldonun fikri haqqında PSJ və "Mançester Yunayted"ə məlumat verib.


.
.
.
0.39381504058838