"Real"dan 120 milyonluq təklif

13:25 01-01-2018
"Real"dan 120 milyonluq təklif

İspaniya La Liqasında mübarizə aparan "Real “ (Madrid) İngiltərənin "Çelsi" klubunun belçikalı ulduzu Eden Azarın transfer etmək niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb
Bildirilir ki, “karl klubu” yarımmüdafiəçi üçün 120 milyon avroluq təklif göndərməyə hazırlaşır. Bundan əvvəl 26 yaşlı belçikalı futbolçunun atası "Le Soir" nəşrinə bildirib ki, Azar "Çelsi" ilə 2020-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
Xatırladaq ki, Belçika millisiin də üzvü olan oyunçu 2012-ci ildən "zadəganlar”ın şərəfini qoruyur.


.
.
.
0.34996819496155