"Real"da ciddi itki

15:46 01-01-2018
"Real"da ciddi itki

İspaniya La Liqasında mübarizə aparan "Real" (Madrid) ciddi itki ilə üzləşib.
Sportmedia.az xəbər verir, komandanın forvardı Kərim Benzema zədələnib.
Bildirilir ki, sağ ayağının ombasından zədə alan fransalı hücumçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Benzema bu mövsüm 20 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.


.
.
.
0.40627193450928