Eşli Yanq cəzalandırıldı

17:15 01-01-2018
Eşli Yanq cəzalandırıldı

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in yarımmüdafiəçisi Eşli Yanq cəzalandırılıb.
Sportmedia.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu Premyer Liqasının 21-ci turu çərçivəsidə baş tutmuş “Sauthempton”la matçdakı kobud oyuna görə İngiltərə Futbol Federasiya tərəfindən 3 oyunluq cəza alıb. Qarşılaşmanın baş hakimi oyun zamanı Yanqın kobudluğunu nəzərdən qaçırsa da, intizam komitəsi futbolçunun kobudluğunu cəzasız qoymayıb.
Qeyd edək ki, 32 yaşlı oyunçu “Everton” və “Stok Siti” ilə çempionat, “Derbi Kaunti”yə qarşı kubok oyununu buraxmalı olacaq.


.
.
.
0.34928894042969