Super Liqa klubu yeni baş məşqçi ilə razılaşdı

22:55 01-01-2018
Super Liqa klubu yeni baş məşqçi ilə razılaşdı

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, Super Liqa təmsilçisi Hamza Hamzaoğlu ilə anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, bu mövsüm uğursuz çıxış edən Antalya təmsilçisi artıq yeni baş məşqçisi ilə 1,5 illik müqaviləni razılaşdırıb. Tərəflərin bu gün rəsmi müqaviləyə imza atması gözlənilir.
Hamzaoğlu yeni işinə yanvarın 4-dən etibarən başlayacaq. Klub məhz həmin tarixdən etibarən ikinci dövrənin hazırlığına start verəcək.
Hamza Hamzoğlu Rıza Çalımbay, Leonardo və David Badiadan sonra “Antalyaspor”un bu mövsümdəki dördüncü baş məşqçisi olacaq. Sözügedən komanda geridə qalan 17 turda 17 xal toplayıb və 18 iştirakçı arasında 15-ci pillədə yer alıb.


.
.
.
0.44734787940979