Yığmamızın üzvü Braziliya klubuna keçib

13:38 03-01-2018
Yığmamızın üzvü Braziliya klubuna keçib

Cari mövsümün yarısını “Araz”da keçirən Karvalyo dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.
Sportmedia.az xəbər verir ki, hücumçu artıq özünə yeni klub tapıb. O, Braziliyinanın “Kopaqril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, yığmanın heyətində İranda təşkil edilən turnirdə isə 3 matçda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.


.
.
.
0.43130707740784