“Arsenal” ulduz futbolçunun qiymətini açıqladı

14:51 03-01-2018
“Arsenal” ulduz futbolçunun qiymətini açıqladı

“Arsenal” rəhbərliyi klubun aparıcı futbolçularından olan Aleksis Sançesin transfer qiymətini açıqlayıb. Sportmedia.az “The Mirror” nəşrinə istinadən xəbər verir ki, “topçular” müqaviləsinin müddəti yayda bitəcək hücumçunu indi satmağa qarşı deyillər.
Bunun üçün Sançesi istəyən komanda londonlulara 25 milyon funt-sterlinq ödəməlidi.
“Arsenal”ın baş məşqçisi Arsen Venger açıqlamasında indiki məqamda Sançesə görə heç bir təklifin gəlmədiyini bildirib. Belə davam edəcəyi təqdirdə, Aleksis yayda azad agent kimi istədiyi kluba keçə biləcək.
Qeyd edək ki, əvvəllər “Udineze” və “Barselona” klublarında da fəaliyyət göstərmiş Aleksis Sançes 2014-cü ildən “Arsenal” üzvüdü.


.
.
.
0.51797819137573