Türkiyə klubu “Arsenal”ın hücumçusuna göz dikdi

22:46 03-01-2018
Türkiyə klubu “Arsenal”ın hücumçusuna göz dikdi

“Arsenal”ın hücumçusu Olivye Jiru karyerasını Türkiyədə davam etdirə bilər.
Sportmedia.az “Fanatik”ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun xidmətində “Fənərbaxça” klubu maraqlıdı.
Təcrübəli oyunçu DÇ-2018-də iştirak edəcək Fransa ymillisinin heyətində yer almaq üçün daha çox oynayacağı komandaya keçməyi planlaşdırır. “Fənərbaxça” rəhbərliyi də məhz bundan istifadə etmək arzusundadı.
İstanbul təmsilçisi Jiru ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Olivye Jiru 2012-ci ildən “Arsenal”da oynayır.


.
.
.
0.31692099571228