İtaliya klubunun baş məşqçisi Sinişa istefaya göndərildi

10:13 04-01-2018
İtaliya klubunun baş məşqçisi Sinişa istefaya göndərildi

Sinişa Mixayloviç İtaliyanın "Torino" futbol klubunun baş məşqçi postundan istefaya göndərilib.
Sportmedia.az xəbər verir ki, bu, ölkə kubokunun 1/4 finalında "Yuventus"a 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.
Turin derbisində uduzan "Torino" mübarizəni dayandırıb. "Yuventus" isə yarımfinalda "Atalanta"ya rəqib olub. Digər yarımfinalda "Milan"la "Latsio" qarşılaşacaq. İlk görüşlər yanvarın 31-də, cavab oyunları isə fevralın 28-də keçiriləcək.
Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə qərarlaşıb. Sinişa Mixayloviç bu klubu 2016-cı ilin yayından çalışdırırdı. O, əvvəllər "Milan", "Sampdoriya", "Fiorentina", "Kataniya", "Bolonya" klublarında və Serbiya millisində çalışıb.


.
.
.
0.47904706001282