Yığmamızın futbolçusu Türkiyə klubunun diqqət mərkəzində

10:40 05-01-2018
Yığmamızın futbolçusu Türkiyə klubunun diqqət mərkəzində

Azərbaycan yığmasının futbolçusu Deniz Yılmaz karyerasını Türkiyənin “Gənclərbirliyi” klubunda davam etdirə bilər.
Sportmedia.az xəbər verir ki, 30 yaşlı forvard hal-hazırda Antalyada toplanışda olan Ankara təmsilçisinin düşərgəsində yer alıb. Onun barəsində yaxın günlərdə qərar veriləcəyi bildirilir.
Qeyd edək ki, müqavilə ilə “Bursaspor”a məxsus olan Deniz Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən “Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə yer alıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti matçını yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab oyunu çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.


.
.
.
0.30428218841553