“Liverpul”un futbolçusu ikinci dəfə ən yaxşı seçildi

12:14 05-01-2018
“Liverpul”un futbolçusu ikinci dəfə ən yaxşı seçildi

“Liverpul”un futbolçusu Məhəmməd Salah daha bir mükafata sahib olub.
Sportmedia.az xarici mətbuata istinadən xəbər verir ki,, 25 yaşlı yarımmüdafiəçi Afrikada 2017-ci ilin ən yaxşı oyunçusu adını qazanıb.
Afrika Futbol Konfederasiyasının apardığı sorğunun nəticəsinə görə, Misir yığmasının üzvü 625 səslə birinci olub. Onu “Liverpul”da çiyin-çiyinə çıxış etdiyi seneqallı futbolçu Sadio Mane (507 səs) izləyib. Dortmund “Borussiya”sının qabonlu hücumçusu Pyerr-Emerik Obameyanq isə 311 səslə 3-cü yeri tutub.
Qeyd edək ki, Məhəmməd Salah bu yaxınlarda ərəb ölkələrinin futbolçuları arasında ilin ən yaxşısı seçilmişdi.


.
.
.
0.30285000801086