Yığmamız mövqeyini qorudu

14:51 06-01-2018
Yığmamız mövqeyini qorudu

Futzal üzrə yığma komandaların 2018-ci ildə ilk reytinq siyahısı açıqlanıb.
Sportmedia.az xəbər verir ki, Azərbaycan yığması siyahıda əvvəlki kimi 10-cu pillədə yer alıb. Millimizin hesabında 1452 xal var.
Siyahıya Braziliya millisi (1931) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1878) və Rusiya (1740) yığmaları izləyir.
Xatırladaq ki, İspaniya yığması bu il Sloveniyada keçiriləcək Avropa çempionatında millimizin rəqiblərindəndi. Yığmamızın qitə birinciliyinin qrup mərhələsindəki digər rəqibi Fransa millisi (1256) isə 20-cı pillədə qərarlaşıb.
1. Braziliya - 1931
2. İspaniya - 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1607
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan - 1452


.
.
.
0.81056904792786