“Çelsi” 15 milyona  futbolçu aldı

12:09 06-01-2018
“Çelsi” 15 milyona  futbolçu aldı

İngiltərə çempionu “Çelsi” heyətini yeni oyunçu ilə gücləndirib.
Sportmedia.az xəbər verir ki, Premyer Liqa klubu 24 yaşlı yarımmüdafiəçi Ross Barklini transfer edib. “Everton”dan alınan futbolçu ilə 5,5 illik müqavilə bağlanıb.
İngiltərə mətbuatı “zadəganlar”ın bu transferə görə qarşı tərəfə 15 milyon funt-sterlinq təzminat ödəyəcəyini yazıb.
Barkli “Everton”un yetirməsidi. O, bu klubun heyətində ilk rəsmi oyununa 2011-ci ildə, KPR-lə matçda çıxıb. Bütövlükdə isə Ross, 179 oyunda 27 qola imza atıb


.
.
.
0.6325831413269