“Keşlə”nin Ukrayna klubu ilə oyununun tarixi müəyyənləşdi

16:30 06-01-2018
“Keşlə”nin Ukrayna klubu ilə oyununun tarixi müəyyənləşdi

Bu gün qış istirahətini başa vuraraq məşqləri bərpa edən “Keşlə”nin Türkiyə toplanışı çərçivəsində Ukraynanın “Karpatı” klubuna qarşı keçirəcəyi yoxlama oyununun tarixi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, ukraynalı Yuri Maksimovun yenicə baş məşqçi təyin olunduğu paytaxt klubu onun həmyerliləri ilə yanvarın 29-da Antalyada qarşılaşacaq.
“Keşlə” Türkiyədə daha iki matç keçirəcək. Bakılıların yanvarın 26-da Makedoniyanın "Rabotniçki", fevralın 1-də isə Rusiyanın "Yenisey" komandası ilə qarşılaşacağı bildirilir.
Paytaxt təmsilçisi Bakı toplanışı çərçivəsində isə iki yoxlama oyunu (“Neftçi” və “Qaradağ Lökbatan”la) keçirməyi planlaşdırır.


.
.
.
1.0835149288177