MS qələbə qazandı, “Çelsi” bərabərə qaldı

09:16 07-01-2018
MS qələbə qazandı, “Çelsi” bərabərə qaldı

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsi davam edir.
Sportmedia.az xəbər verir ki, ikinci oyun günündə daha 25 görüş baş tutub.
Premyer Liqanın lideri “Mançester Siti” “Bernli” ilə matçda darmadağınla qalib gələrək, növbəti mərhələyə yüksəlib.
Son İngiltərə çempionu “Çelsi” isə “Norviç Siti” ilə bacarmayıb. Reqlamentə əsasən, bu kollektivlər, eləcə də heç-heçəyə razılaşan digər klublar cütün taleyinə təkrar qarşılaşmada aydınlıq gətirəcəklər.
İngiltərə Federasiya kuboku
1/32 final
5 yanvar
Liverpul – Everton 2:1
Mançester Yunayted – Derbi Kaunti 2:0
6 yanvar
Flitvud Taun - Lester Siti 0:0
Middlsbro - Sanderlend 2:0
Bornmut - Uiqan 2:2
Aston Villa - Piterboro 1:3
Birmingem Siti - Berton Albion 1:0
Blekbern - Hall Siti 0:1
Bolton - Haddersfild 1:2
Brentford - Notts Kaunti 0:1
Kardiff Siti - Mansfild Taun 0:0
Karlayl Yunayted - Şeffild Uensdey 0:0
Koventri Siti - Stok Siti 2:1
Donkaster - Roçdeyl 0:1
Ekseter Siti - Vest Bromviç 0:2
Fulhem - Sauthempton 0:1
İpsviç Taun - Şeffild Yunayted 0:1
Mançester Siti - Bernli 4:1
Milluoll - Barnsli 4:1
Nyukasl - Luton Taun 3:1
KPR - Milton Kins Dons 0:1
Stivenic - Ridinq 0:0
Uotford - Bristol Siti 3:0
Vulverhempton - Suonsi Siti 0:0
Uikom Uonderers - Preston Nort End 1:5
Yovil Taun - Bredford Siti 2:0
Norviç Siti - Çelsi 0:0


.
.
.
0.40837001800537