Çində 100% vergi qərarı davam edəcək

14:15 07-01-2018
Çində 100% vergi qərarı davam edəcək

Çin Futbol Federasiyası qış “transfer pəncərəsi” zamanı müəyyən olunmuş limiti keçən komandalardan 100% vergi alınması qərarını davam etdirib.
Sportmedia.az xəbər verir ki, bu qərar həm Super Liqa, həm də ikinci divizion klublarına şamil olunacaq.
Belə ki, xarici futbolçu transfer edən klub əgər ona 45 milyon yuan (təxminən: 7 milyon avro) və daha çox ödəyərsə həmin məbləğ qədər vergi də verəcək. Yerli statusunda olan oyunçular üçünsə limit 20 milyon yuandır (3 milyon avro).
Əldə olunan vəsaiti Çin Futbol Federasiyası “Gənc oyunçularn yetişdirilməsi və ölkədə futbolun inkişafı proqramı”na istifadə edəcək.
Qeyd edək ki, ölkədə haqsız rəqabətin və komandalar arasında inkişafdakı uçurumun qarşısını almaq üçün tətbiq olunan sözügedən qaydaya görə, yay transfer dönəmində 16 klubun transfer əməliyyatından 55 milyon avro gəlir əldə edilib.


.
.
.
0.63467907905579