Yığmamıza namizəd Ayaz Quliyev “Anji”dən ayrıldı

18:01 07-01-2018
Yığmamıza namizəd Ayaz Quliyev “Anji”dən ayrıldı

Azərbaycanlı futbolçu Ayaz Quliyev “Anji”dən ayrılıb.
Sportmedia.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama verib.
Bildirilib ki, transfer hüququ “Spartak”a məxsus olan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında son verilib.
21 yaşlı oyunçu son iki mövsümü Dağıstan klubunun heyətində keçirib. O, 2016/17 və 2017/18 mövsümündə ümumilikdə 22 oyunda meydana çıxıb və 1 qola imza atıb.
Qeyd edək ki, Ayaz Quliyev yığma komandamıza namizəd futbolçulardan biridir. millimizin baş məşqçisi Qurban Qurbanov onun yaxşı çıxış edəcəyi halda, yığmaya çağrıla biləcəyini demişdi.


.
.
.
0.43980503082275