"Lester Siti"nin əlcəzairli futbolçusu "Liverpul"a keçə bilər

20:46 07-01-2018
"Lester Siti"nin əlcəzairli futbolçusu "Liverpul"a keçə bilər

Filippe Koutinyonu 160 milyon avroya "Barselona"ya satan "Liverpul" braziliyalıya əvəzləyici tapıb.
Sportmedia.az xəbər verir ki, "qırmızılar" "Lester Siti"dən Riyad Mahrezi rənglərinə bağlamağa yaxındır. Bu barədə "beİN Sports France" məlumat yayıb. Bildirilir ki, bu keçid üçün "Liverpul" "tülkülər"ə 55 milyon avro ödəyəcək.
26 yaşlı əlcəzairli vinger 2014-cü ildən "Lester Siti"də fəaliyyət göstərir. O, bu mövsüm 24 matçda 8 qol vurub və 8 assist edib.


.
.
.
0.45848703384399