"Xəzər Lənkəran"ın sabiq baş məşqçisindən Fatih Terimə ağır sözlər 

22:22 07-01-2018
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisindən Fatih Terimə ağır sözlər 

“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Oğuz Çətin “Qalatasaray”ın baş məşqçisi Fatih Terim haqqında sərt sözlər səsləndirib.
Sportmedia.az xəbər verir ki, mütəxəssis “Siz və Terim ”İmpoerator” olaraq yada düşürsünüz. Bu barədə fikirləriniz necədir” sualını cavab verərkən Fatih Terimə sərt sözlər deyib: “İmperator"? "İmperator" dediyiniz insan hər kəsə nümunə olmalıdır. Birinə kəllə atıb, restorana soxulub söyüş söyməz. Ağzından söyüş əskik olmayanla "İmperator"u ayırmalıyıq”.
Oğuz Çətin Türkiyə millisinin üzvləri - Arda Turan və Cenk Tosunla bağlı da danışıb: "İndiki futbolçular çox pul qazanır. Bizim vaxtımızdakından 50 dəfə çox gəlir əldə edirlər. Amma bizim zamanımızda futbol daha yaxşı səviyyədə idi. Əgər indiki vaxtda bəzi oyunçular belə pul qazanırlarsa, bizim nə qədər yüksək qazanacağımızı düşünə bilmirəm".
Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2013/14-cü illərdə "Xəzər Lənkəran"da çalışıb.


.
.
.
0.43439292907715