"Beşiktaş"ın yeni transferi 

12:34 08-01-2018
"Beşiktaş"ın yeni transferi 

Türkiyənin "Beşiktaş" komandası İngiltərə "Everton"una satdığı Cenk Tosunun əvəzinə kanadalı hücumçu Kayl Larinlə anlaşıb.
Sportmedia.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat verib
MLS klubu "Orlando Siti"də çıxış edən 22 yaşlı forvardla 3+1 illik anlaşma əldə olunub. Larin tezliklə İstanbula gələrək, rəsmi müqaviləyə imza atacaq. O, yanvarın 10-da yeni klubunun Antalyada toplanışına qatılacaq.
Qeyd edək ki, Yamayka əsilli Kayl Larin ötən mövsüm 28 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Kanada yığmasında isə o, 21 oyunda 5 dəfə fərqlənib.


.
.
.
0.35545301437378