“Səbail” yoxlama oyunları keçirəcək

14:25 08-01-2018
“Səbail” yoxlama oyunları keçirəcək

“Səbail” qış fasiləsində ölkəmizdə 3 yoxlama matçı keçirəcək.
Sportmedia.az xəbər verir ki, Premyer Liqanın debütantı fasilə dövründə ilk oyununu yanvarın 11-də keçirəcək. Klub birinci divizion təmsilçisi “Sabah”la qarşılaşacaq. “Bayıl Arena”da keçiriləcək oyun saat 17:00-da start götürəcək.
“Səbail” 4 gün sonra, ayın 15-də birinci divizionun digər təmsilçisi MOİK-i sınağa çəkəcək. Bu matç da “Bayıl Arena”da, saat 17:00-da başlayacaq.
Samir Əliyevin yetirmələri yanvarın 18-də isə Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Qarşılaşma saat 17:30-da keçiriləcək.


.
.
.
0.37935400009155