"Qəbələ" birinci divizion təmsilçisi ilə qarşılaşacaq

18:28 08-01-2018
"Qəbələ" birinci divizion təmsilçisi ilə qarşılaşacaq

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.
Sportmedia.az xəbər verir ki, yanvarın 7-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ilk məşqinə bu gün çıxıblar. Komanda çempionatın 3-cü dövrəsinə yeni baş məşqçi Emin İmaməliyevin rəhbərliyi altında hazırlaşır.
Əvəzedicilərin qış fasiləsindəki ilk yoxlama oyununun tarixi və rəqib komanda da müəyyənləşib. “Qırmızı-qaralar” I divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gələcək. Yanvarın 14-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.


.
.
.
0.46268010139465