"Bayer"in sabiq oyunçusunun avtomobili atəşə tutuldu

21:52 08-01-2018
"Bayer"in sabiq oyunçusunun avtomobili atəşə tutuldu

"Bayer Leverkuzen" komandasının sabiq futbolçusu, hazırda isə Türkiyənin "Amedspor" kollektivinin şərəfini qoruyan Deniz Nakinin avtomobili Almaniyaya gedən zaman atəşə tutulub.
Sportmedia.az BBC-yə istinadən xəbər verir ki, Nakinin avtomobilinə Düren şəhəri yaxınlığında yandan ötüb keçən maşından azı iki dəfə atəş açılıb.
Hadisə vaxtı oyunçunun özü xəsarət almayıb. Yerli polis adam öldürməyə qəsd maddəsi üzrə araşdırmalara başlayıb.


.
.
.
0.45326781272888