"Qarabağ"ın oyunçusu "Qızıl istedad" adına namizədlər arasında

10:43 09-01-2018
"Qarabağ"ın oyunçusu "Qızıl istedad" adına namizədlər arasında

"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Yaroslav Deda vətəni Ukraynada "Qızıl istedad" nominasiyası üzrə qalib adına namizədlər sırasında yer alıb.
Sportmedia.az xəbər verir ki, ölkənin istedadlı oyunçuları ilə bağlı hazırlanan yazıda gənc futbolçu vunderkind kimi göstərilib. 19 yaşlı hücumçu 2017-ci ilin yayında "Volın"dan transfer edilib. O, "Qarabağ"ın UEFA Gənclər Liqasında vurduğu hər 3 qolun sahibi olub.
Qeyd edək ki, "Qızıl istedad" adına 13 namizəd göstərilib. Yaroslav Deda Ukraynanın 19 yaşadək futbolçulardan ibarət millisinin üzvü olsa da, onun yaxın vaxtlarda Azərbaycan vətəndaşlığına keçəcəyi gözlənilir.


.
.
.
0.63822484016418