Ardanın nömrəsi Koutinyoya verildi

09:06 09-01-2018
Ardanın nömrəsi Koutinyoya verildi

“Liverpul”dan “Barselona”ya transfer olunan Filippe Koutinyonun forma nömrəsi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, braziliyalı oyunçu Kataloniya təmsilçisində 7 nömrəli forma altında çıxış edəcək. Komandanın rəsmi mağazalarında Koutinyonun adı yazılmış 7 nömrəli formalar satışa çıxarılıb.
“Barselona”da 7 nömrəli formanı Arda Turan geyinir. Onun klubdan ayrılacağı gözlənilir.
Qeyd edək ki, "Barselona" Koutinyonu 160 milyon avro qarşılığında "Liverpul"dan transfer edib.


.
.
.
0.34950590133667