“Neftçi”nin rəqibi dəyişdi

14:40 09-01-2018
“Neftçi”nin rəqibi dəyişdi

“Neftçi”nin qış təlim-məşq toplanışında rəqiblərindən biri dəyişilib.
Sportmedia.az xəbər verir ki, bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib.
O bildirib ki, komanda əvvəlcədən planlaşdırıldığı kimi, yanvarın 25-də Antalyada 2 yoxlama görüşü keçirəcək. Rumıniyanın “Konkordiya” klubu ilə oyun baş tutacağı halda, Ukrayna təmsilçisi “Çernomorets”lə görüş təxirə salınıb. Bakılılar əvəzində həmin tarixdə ikinci oyununu Bolqarıstan “Slaviya”sı ilə keçirəcək.
Qeyd edək ki, “Neftçi” Antalyadakı toplanış dönəmində həmçinin yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 27-də isə "Krılya Sovetov” klubu ilə üz-üzə gələcək. Yanvarın 30-u üçün rəqib isə hələ bəlli deyil.


.
.
.
0.46105694770813