Səudiyyə Ərəbistanında qadın azarkeşlər stadionlarda

15:18 09-01-2018
Səudiyyə Ərəbistanında qadın azarkeşlər stadionlarda

Yanvarın 12-də Səudiyyə Ərəbistanında inqilabi qərar qüvvəyə minəcək.
Sportmedia.az xəbər verir ki, Səudiyyədə ilk dəfə olaraq qadınların stadionlarda futbol matçlarını canlı izləmələrinə icazə veriləcək. Bazar günü çempionatın üç qarşılaşmasında xanım azarkeşlər stadiona gələ bilərlər.Qarşılaşmalar üç ayrı-ayrı şəhərdə baş tutacaq.
Arenalarda qadınlar üçün xüsusi sektor ayrılacaq. Oktyabrda qadınların stadionlara gəlişini qadağan edən qərar aradan götürülmüşdü. Xanımlara stadionlara gəlmək azadlığı verən qərar yanvarın 12-dən qüvvəyə minir.
Bir müddət əvvəl bu ölkədə qadınların avtomobil idarə etməsinə qoyulan qadağa da aradan götürülüb. Bu qərar 2018-ci ilin iyununda qüvvəyə minəcək.


.
.
.
0.43249106407166