“Neftçi” Bolqarıstan “Slaviya”sı ilə qarşılaşacaq

16:16 09-01-2018
“Neftçi” Bolqarıstan “Slaviya”sı ilə qarşılaşacaq

“Neftçi” Antalyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində Bolqarıstan “Slaviya”sı ilə üz-üzə gələcək.
Sportmedia.az xəbər verir ki, bu barədə Sofiya klubunun rəsmi saytı məlumat yayıb. Saytın yazdığına görə, matç yanvarın 25-də keçiriləcək.
“Neftçi” yanvarın 25-də Rumıniyanın “Konkordiya” komandası ilə də qarşılaşacaq. Həmin gün Ukrayna “Çernomorets”i ilə görüş nəzərdə tutulsa da, əvəzində “Slaviya” ilə oyun təyin edilib. Odessa təmsilçisi ilə qarşılaşma isə təxirə salınıb.
"Neftçi” 2018-ci ildə ilk matçını yanvarın 14-də keçirəcək. Klub "Keşlə” komandası ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da start götürəcək.


.
.
.
0.61530900001526