"Neftçi”nin əvəzedici komandasında iki təyinat

18:50 09-01-2018
"Neftçi”nin əvəzedici komandasında iki təyinat

"Neftçi” PFK-nın əvəzedici komandasına baş məşqçi təyin olunub.
Sportmedia.az xəbər verir ki, qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən Elşad Əhmədovun yerinə əvəzediciləri Vadar Nuriyev çalışdıracaq.
1998-2001-ci illərdə "Neftçi”nin heyətində 44 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 45 yaşlı mütəxəssis "İnter”in əvəzedici və U-19 komandalarında və "Olimpik-Şüvəlan"ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL və MOİK klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Bunacan "Neftçi" PFK U-16 komandasında baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Ədəhim Niftəliyev isə əvəzedicilərimizin baş məşqçi köməkçisi təyin olunub.Niftəliyev 1996-2002-ci illərdə "Neftçi”nin heyətində 90 oyun keçirib və Vadar Nuriyevlə birgə 1999-cu ildə Azərbaycan kubokunu qazanan komandamızın futbolçularından olub.


.
.
.
0.37949299812317